Cümə axşamı , İyul 30 2026
azfa

Molla rejimi Evin zindanında həbsdə olan azərbaycanlı fəal Arəş Cövhərinin şərti azadlığa buraxılmasına mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin verdiyi həbs cəzasının 3 ildən çoxunu Evin zindanında keçirən azərbaycanlı işçi fəalı Arəş Cövhərinin şərti azadlığa buraxılması tələbi molla rejimin ETTELAAT qüvvələrinin mane olması səbəbindən ardıcıl ikinci dəfə rədd edilib.

Azərbaycanlı işçi fəalı 2019-cu ilin oktyabr ayında həbs edilib və  indiyədək 7 illik cəzasının təxminən 3 ilini keçirərək, məzuniyyətə göndərilməyib.

Qeyd edək ki, Ərdəbil əyalətinin Muğan bölgəsindən olan Arəş Cövhəri 2019-cu il oktyabrın 15-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatçıları tərəfindən Tehranda həbs edilib.  

Azərbaycanlı işçi fəalı “sistemin əleyhinə təbliğat fəaliyyəti”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz dəstələri idarə etmək”, “birləşmək və əlbir olmaq” ittihamları ilə 10 il, 5 ay müddətinə həbsə məhkum edilmişdi. Apellyasiya məhkəməsindən sonra isə azərbaycanlı işçi fəalının cəzası 7 il 6 aya endirilmişdi. 

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …