Molla rejimi yenə Zəngəzur dəhlizi məsələsində Azərbaycana qarşı mövqe tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yenə Zəngəzur dəhlizi məsələsində Azərbaycana qarşı mövqe tutdu.

İran prezidenti İbrahim Rəisi Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdə İranın mövqeyinin Azərbaycan və Ermənistanın problemlərini dialoq yolu ilə həll etmək olduğunu açıqlayıb.

İran prezidenti Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə köməkçisi Xələf Xələfovla görüşdə də bildirib ki, hər hansı bəhanə ilə yad dövlətlərin bölgəyə ayaq açması region ölkələrinin heç birinin maraqlarına uyğun deyil.

İranın Prezidentinin Administrasiyasının Siyasi Məsələlər Şöbəsinin müavini deyib:

“Rəisi hər iki görüşdə bildirib ki, Zənəgzur dəhlizi NATO-nun regionda mövcudluğu üçün platformadır və İslam Respublikasının da qətiyyətlə qarşı çıxdığı və ölkələrin milli təhlükəsizliyinə təhdiddir”.

Qeyd edək ki, Zəngəzur dəhlizinə görə min bir bəhanə uyduran molla rejimi, ABŞ-ın qüvvələrinin Ermənistanda hərbi təlim keçirib, burada qalması, Fransanın isə Ermənistanda hərbi baza yaratması təklifinə heç bir etiraz etmir. Lakin sırf Azərbaycana görə, Zəngəzur dəhlizinə qarşı çıxır.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …