Cümə , Aprel 18 2025
azfa

Molla rejimi Güney Azərbaycan mədənlərini talayıb fars bölgələrinə xərcləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan mədənlərini talayıb, Kermanda turizm kompleksi tikib

Ötən günlərdə Güney Azərbaycanın mədənlərindən əldə olunan gəlirlər hesabına əsasən farsların yaşadığı Kerman əyaləyində böyük turizm kompleksinin tikintisi başa çatıb.

Bildirilib ki, “Qolqohər Mədən” şirkəti Kermanda Qohər Parkı adlı böyük turizm kompleksinin açılışını edib. 

Rejim Azərbaycan mədənlərindən yığılan vəsait hesabına Kirmanda iri turizm kompleksi tiksə də Azərbaycan şəhərləri baxımsız qalmağa davam edir, belə ki, Vərziğandakı xəstəxananın tikintisi hələ də başa çatdırılmayıb.

Qeyd edək ki, Vərziğanda yerləşən Süngün mis mədəni Ön Asiyanın ən böyük mis mədənidir. İranın illik mis istehsalının 60%-i bu mədən tərəfindən qarşılanır.

Həmçinin yoxlayın

Azərbaycanlı körpəyə “Sevgi” adına görə 50 gündür doğum şəhadətnaməsi verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi bundan öncə bir neçə dəfə …

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmayılzadə iki ay sonra ailəsi ilə əlaqə saxlaya bilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Kərim …