
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son günlər İranın polis və ETTELAAT məmurları Qərbi Azərbaycanın Səlmas şəhərinin Qaraqışlaq kəndi əhalisinin dinc toplaşdığı ərazinin yaradılmasına etiraz olaraq onları döyüb, təhqir edərək, çox sayda əhalini həbs ediblər.
Həbs edilənlər arasında Haşim Rzai [Şəhid Mənuçöhr Rzayinin qardaşı], Yusuf Mətləbi [Şəhid Əvəz Mətləbinin qardaşı], Tövhid və Mehdi Maliki [Şəhid Əlirza Malikinin qardaşları], Rəhim Talibi [85 yaş], Səfər Rai [60 yaş], Qulam Maliki [50 yaş], Qulam Haqiqət [80 yaş], Qənbər Əmani [70 yaş], Hidayat Əmcədi [60 yaş], Məhərrəm Haqiqət [70 yaş], Murtəza Tayyari [45 yaş], Tohid Əkbəri [40 yaş] anası ilə [70 yaş], Əhməd Parsa, Süsənbər, Süməyyə və Elnaz Əlipur [uşaqlı və evdar qadın], Səidə Əhmədi [kiçik uşaqlı evdar qadın], Latifə Molayi [Şəhidin anası], Rubab Əlipur, Süsən Qəffari və s. kənd sakinləri vəhşicəsinə həbs ediliblər.
Kənd əhalinin öz haqları uğrunda etiraz aksiyası keçirdikləri üçün vəhşicəsinə döyülərək təhqirə və təzyiqlərə məruz qalıblar. Əhalinin əmlaki və maşınları ciddi xəsarət yetirilib.
Güllələrdən, gözyaşardıcı qazdan, məmurların dəyənək döyməsindən yaralanan həbs olunanların vəziyyəti ilə bağlı məlumat yoxdur.
Molla rejimin ETTELAAT İdarəsinin rəsmisi günahsız yerə həbs etdikləri qadınlara açıq şəkildə təcavüz hədə-qorxusu gəlib. Molla rejimi zülm və iyrəncliyin görünməmiş səviyyəsini nümayiş etdirir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi