Cümə axşamı , Oktyabr 15 2026
azfa

Türkiyə prezidenti: “İlk dəfə bir vətəndaşımız kosmosa gedir, qürur duy, Türkiyə”

GADTB: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Milli Kosmos Proqramımız çərçivəsində ilk dəfə bir vətəndaşımızı kosmosa elmi missiyası ilə göndərmək məqsədimizə çatmağa çox yaxınıq. Qürur duy, Türkiyə” deyib.

Sosial media hesabında Türkiyənin ilk kosmonavtı, Beynəlxalq Kosmik Stansiyada xidmət edəcək Alper Gezeravcının çəkildiyi videonu paylaşan Ərdoğan yazıb: “Türkiyə Milli Kosmos Proqramı çərçivəsində ilk dəfə bir vətəndaşımızı kosmosa elmi missiya üçün göndərmək məqsədimizə çatmağa çox yaxınıq. Qürur duy, Türkiyə”.

Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı yanvarın 17-dən 18-nə keçən gecə Türkiyə vaxtı ilə saat 01.11-də Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək. O, 14 gün qalacağı Beynəlxalq Kosmik Stansiyada kosmosda elmi araşdırmalar aparacaq.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …