
GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT İdarəsi bu şəhərdə fəaliyyət göstərən “Yaylıq” nəşriyyatının fəaliyyətinə qadağa qoyub və nəşriyyatın ofisi bağlayıb.
Yaylıq Nəşriyyatın müdiri Sədullah Dünyəvi Muğanlı bu barədə məlumat yayıb.
O, özünün sosial media hesabında nəşriyyatın bağlanmasını kinayə ilə “Yaylıq nəşriyyatına hədiyyə” adlandırıb.
Bundan əvvəl fevral ayında həbsdə olan və ya məhkumluq dövrü yaşayan yazıçıların əsərlərinin çap ediləcəyi təqdirdə nəşriyyata bağlanacağı barədə xəbərdarlıq edilmişdi.
Qeyd edək ki, 2009-cu ildə fəaliyyətə başlayan “Yaylıq” Nəşriyyatı Güney Azərbaycan və Azərbaycan Respublikasının yazıçılarının əsərlərinin nəşri ilə məşğul olub.
Yaylıq Nəşriyyatı həmçinin dünya ədəbiyyatından da Azərbaycan türkcəsinə tərcümə edilən əsərləri yayımlayırdı.