Şənbə , Noyabr 15 2025
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəal Peyman İbrahiminin taleyindən hələ də məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbrizdə yaxaladığı azərbaycanlı fəal və Azərbaycan rəqsi müəllimi Peyman İbrahiminin talyindən hələ də məlumat verilmir.

Bu gün, azərbaycanlı milli fəal və rəqs müəllimi Peyman İbrahiminin müvəqqəti həbsindən 36-cı gün keçir.

36 günlük həbs müddətində o, ailəsi ilə yalnız bir dəfə telefonla danışa bilib, ETTELAAT onun telefon danışığını cəmi 10 saniyədən sonra kəsiblər.

Qeyd edək ki, irqçi fars-molla rejimin məmurları Peyman İbrahimi Dinvəri avqustun 26-da Təbrizdə həbs ediblər. Azərbaycanlı fəal saxlanılan zaman vəhşicəsinə  döyüldüyü üçün bədən xəsarətləri alıb.

 Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyaları dövrü yaxalanan fəalın hələlik nədə ittihamı barədə açıqlama vermirlər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Kuzey Kıprıs Türk Cumhuriyyətinin Cumhuriyyət bayramı tədbirində-Video

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) …

Azərbaycan Rusiyaya nota verdi

GADTB: Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə …