Şənbə , İyun 22 2024
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil döyülərək zindanın karantin bölməsinə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Tehrandakı Evin zindanında həbsdə saxladığı azərbaycanlı milli fəal və vəkil Tahir Nəqəviyə qarşı zorakılıq tətbiq edərək, onu karantin bölməsinə köçürüb.

İrqçi fars-molla rejimin məmurları azərbaycanlı milli fəal ağır şəkildə döyməklə yanaşı onu təhqir də ediblər.

Qeyd edək ki, iyunun 13-də dörd aydan çox Evin zindanında həbsdə saxlanılan Tahir Nəqəvi, Hüseyn Piri və bir sıra digər azərbaycanlı siyasi məhbuslar ETTELAAT Nazirliyinin qüvvələrinin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Azərbaycanlı hüquqşünasın Tahir Nəqəvinin də döyülüb və karantin bölməsinə salınmasının bununla bağlı olduğu ehtimal edilir.

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …