Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejimi koronavirus böhranına görə işsiz qalan fəahlələrin yerinə kürd qaçaqmalçılarına yardım verdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimi koronavirus böhranına görə işsiz qalan fəahlələrə yardım etmək yerinə İraq Kürdüstanından silah və s. qaçaqmalçılığı həyata keçirən kürd qaçaqmalçılarına yardım ayırdı.

Molla rejiminin Yoxsullar Fondunun rəisi Pərviz Fəttah bununla bağlı bildirib ki, hər bir kürd qaçaqmalçısına bir milyon tümən dəyəri olan kart hədiyyə ediləcək.

Pərviz Fəttah bununla bağlı Twitter səhifəsində yazıb: “Gələn həftə koronavirus böhranının yaratdığı ağır vəziyyətlə bağlı əziz və zəhmətkeş kulbərə (kürəyində qaçaqmalları daşıyan şəxs) bir milyon tümən dəyəri olan kart hədiyyə ediləcək. Yoxsullar Fondu tərəfindən təmin olunacaq hədiyyələr Qərbi Azərbaycan, Kürdistan və Kirmanşah valilərinin yardımı ilə onlara çatdırılacaq”.

Qeyd edək ki, halal ruzi qazanan yüz minlərlə fəhlə və işçi hazırda koronavirusa görə işlərini itiriblər. Lakin irqçi fars-molla rejimi onlara heç bir yardım ayırmayıb və yalnız PKK, PJAK və s. kürd terror təşkilatlarının vasitəçisi olan qaçaqmalçılara yüksək məbləğdə yardım verir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın