Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi korrupsiya faktını ifşa edən Təbrizdən olan millət vəkilinə həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdən İran parlamentdəki millət vəkili Əhməd Əlirzabeygini iyulun 18-də 1 il müddətinə həbsə məhkim edib.

Bu barədə İranın “Şərq” qəzeti məlumat yayıb. Məlumatda Əlirzabeyginin keçmiş sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə rüşvət olaraq avtomobillər verməsini ifşa etdiyinə görə  rejim tərəfindən şərlənərək “yalan məlumatlar yaymaq”da ittiham edilib.

Qeyd edək ki, bir müddət əvvəl Əhməd Əlirzabeygi impiçmentin qarşısını almaq üçün sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə bahalı və lüks avtomobillər payladığını açıqlamışdı.

Onun ifşaedici çıxışlarından sonra nazirin və himayəçilərinin bütün səylərinə baxmayaraq, İran parlamentinin deputatları nazirin impiçmentinə razılıq veridlər.

Bununla da aprelin sonunda Rza Fatimi Əmini nazir vəzifəsindən istefa verməyə məcbur oldu.

Bundan sonra təbrizli millət vəkilinə qarşı təzyiqlər başlayıb və onun parlamentdə çıxışlarına qadağa qoyulub.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …