Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin həbs etdiyi Mahmud Ocaqlu hələ də vəkildən məhrumdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Evin həbsxanasının 4-cü bölməsində həbsdə olan Azərbaycan Milli Hərəkatının fəalı Mahmud Ocaqlu ilkin 16 il həbs cəzasına və əlavə cəzalara baxmayaraq vəkillə görüşməkdən məhrum edilib.

Mahmud Ocaqlı İslam Cinayət Məcəlləsinə görə, “İslam Respublikası əleyhinə təbliğat aparmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə Azərbaycanın Milli Hərəkat Qrupuna üzv olmaq” və “insanları döyüşə və bir-birini öldürməyə təhrik etmək” ittihamları ilə ümumilikdə 16 il müddətində azadlıqdan məhrum edilib.

Lakin heç bir günahı olmadan belə ağır cəzaya məhkum edilməsinə baxmayaraq azərbaycanlı fəal hələ də vəkillə görüşdən məhrumdur.

Qeyd edək ki, Mahmud Ocaqlu keçən il Tehranda iş yerində rejimin məmurları tərəfindən həbs edilib və ona qarşı “rejim əleyhinə təbliğat” və “milli təhlükəsizliyi pozmaq niyyəti ilə konsensus və sövdələşmə” ittihamı irəli sürülüb.

O, həbsdə olduğu müddətdə vəkillə təmin olunmayıb və onun ailəsi ilə görüşməsinə icazə verilməyib, həmçinin məhkəmə orqanları onun zaminə buraxılmasına mane olublar.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …