
GADTB: İrqçi fars-molla rejimi Ərdəbil əyalətinin Muğan bölgəsində azərbaycanlı körpəyə “Güntay” adına görə 100 gündür doğum şəhadətnaməsi vermir. Artıq 100 gündür ki, yeni doğulmuş uşağı doğum haqqında şəhadətnaməsiz saxlayır..
Körpənin atası Kamal Cavanşir Balamın Adı kampaniyasılna bununla bağlı deyib: “Oğlumuz 2025-ci il aprelin 22-də dünyaya gəlib və biz ona Güntay adını seçmişik. Ancaq Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları bu adın ad seçimi sistemində olmadığını və bu ada sənəd verə bilməyəcəklərini dedilər. Övladımızın şəxsiyyət vəsiqəsinin olmaması bizi çətin vəziyyətə salıb. Bir neçə gün əvvəl uşağım xəstələndi. Şəxsiyyət vəsiqəsi olmadığına görə xəstəxana onu qəbul etməkdən imtina etdi. Sağlamlıq mərkəzləri də körpəmizi yoxlayıb müayinə etməkdən imtina edir və hər dəfə onu özəl həkimə aparanda, sığortasından istifadə edə bilmədiyimiz üçün bütün müalicə xərclərini öz cibimizdən ödəməyə məcbur oluruq.”
Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub. Ekspertlər hesab edir ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin ad seçmək hüququ”nun təmin edilməsindən keçir.