Bazar , Sentyabr 27 2026
azfa

Molla rejimi Qəşqay mədəni fəal Behnam Vəziri Niyanı 18 il həbs cəzasına məhkum etdi

GADTB: Qəşqay türklərinin dili və kimliyini müdafiə edən mədəni fəal Behnam Vəziri Niya Tehranın İnqilab Məhkəməsi tərəfindən 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə tərəfindən ona qarşı “milli təhlükəsizliyə qarşı toplaşma və sövdələşmə”, “rəhbərə təhqir”, “Qayı partiyasına üzvlük”, “rejim əleyhinə təbliğat” və “İsraili dəstəkləmək” kimi ittihamlar irəli sürülüb.

Vəziri Niya iyun ayında həbs edilib və Evin həbsxanasında 75 günlük saxlanmadan sonra, qısa və qapalı məhkəmə iclasında bu ağır cəza ilə qarşılaşıb.

Ailəsinə yaxın mənbələrin bildirdiyinə görə, onun əleyhinə heç bir real dəlil yoxdur və bütün ittihamlar siyasi xarakter daşıyır.

Onun həbsi, Qəşqay mədəniyyətinin dövlət qurumları tərəfindən mənimsənilməsinə qarşı çıxışlarından sonra baş verib.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …