Çərşənbə , Noyabr 11 2026
azfa

Molla rejimi quşaçaylı Yəqub Kərimpuru casusluq ittihamı ilə edama məhkum edib

GADTB: Quşaçay (Miandab) sakini Yəqub Kərimpur Urmiyada rejimin İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən, hakim Səccad Dustinin sədrliyi ilə, “İsrailin xeyrinə casusluq etməklə ifsad fil-ərz törətmək” ittihamı ilə edam cəzasına məhkum edilib. Bildirilir ki, hökm qısa müddətli məhkəmə iclasından sonra videokonfrans yolu ilə çıxarılıb və 17 azər 1404-cü il tarixində Urmiya Mərkəzi Həbsxanasında ona rəsmi şəkildə elan olunub.

Hesabatlara görə, Yəqub Kərimpur 26 xordad 1404-cü il tarixində təhlükəsizlik qüvvələri tərəfindən Quşaçayda saxlanılıb və Urmiya Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb. Saxlanıldığı müddətdə ondan etiraf almaq məqsədilə təzyiq və pis rəftara məruz qaldığı, vəkillə təminat və ailə ilə görüş hüququndan məhrum edildiyi qeyd olunur.

Məlumata əsasən, Yəqub Kərimpur ona irəli sürülən ittihamların hamısını rədd edib. Vəkilinin etirazından sonra iş yenidən baxılması üçün Ali Məhkəmənin 9-cu şöbəsinə göndərilib. 1363-cü il təvəllüdlü, qüsurlu və Sosial Müdafiə (Bəxşişlər) Təşkilatının nəzarətində olan Yəqub Kərimpurun evli olduğu və Marağa Universitetinin hüquq fakültəsinin məzunu olduğu bildirilir.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …