Şənbə , İyun 22 2024
azfa

Molla rejimi Rəisinin ölümünə görə daha 35 nəfəri həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 19-da İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı paylaşımlar edən 35 sosial media fəalı həbs edib.

Kiberməkana Nəzarət Polisinin rəisi Vəhid Məcid bununla bağlı deyib: “Bununla yanaşı, İbrahim Rəisi ilə bağlı təhqiramiz material dərc etdiyinə görə 80 sosial media kanalı bağlanıb, onların adminlərinə qarşı cinayət işi açılıb”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Bu gün molla rejimi tərəfindən Tehranda həlak olan şəxslər üçün vida mərasimi keçiriləcək.

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …