Cümə , İyun 19 2026
azfa

Molla rejimi sürətlə nüvə silahı hazırlamağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi sürətlə nüvə silahı hazırlamağa çalışır. ABŞ-ın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra İran nüvə silahı hazırlamağa daha da yaxınlaşıb.

Bu barədə “Vaşinqton Post” rəsmi şəxslərə və məxfi sənədlərə istinadən məlumat yayıb.

“Tehran hazırda ən azı üç atom bombası üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatına malikdir və onun yaradılması bir neçə gündən bir neçə həftəyə qədər vaxt apara bilər. Primitiv nüvə bombasına əsaslanan raket üçün döyüş başlığının yaradılması iki və ya daha çox il çəkə bilər. İran bu məqsədə doğru aşkar addımlar atmadan atom silahı yaratmaq üçün lazımi vəsait toplayır”, – mənbə bildirib.

Bildirilir ki, nüvə sazişinin iflası MAQATE-nin İranın nüvə fəaliyyətlərini izləmək və nüvə silahının gizli inkişafı ilə bağlı məlumatları araşdırmaq imkanlarını kəskin şəkildə məhdudlaşdırıb:

“Tehranın bu cür silahların yaradılmasında uğuru Yaxın Şərqdə silahlanma yarışından tutmuş, gələcəkdə bütün regiona yayıla biləcək İran və İsrail arasında birbaşa silahlı münaqişəyə qədər bir sıra nəticələrə gətirib çıxaracaq. ABŞ-ın nüvə sazişindən çıxmasından 6 il sonra İran zənginləşdirilmiş uranın miqdarına dair razılaşmanın tətbiq etdiyi bütün məhdudiyyətlərdən yan keçə bilib.

Tehran qismən Rusiyanın dəstəyi sayəsində Qərblə qarşıdurmada özünü çox rahat hiss edir”.

Həmçinin yoxlayın

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …

Molla rejimin Miyandabdakı Qeydiyyat İdarəsi 7 aydır Elman adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB: Qərbi Azərbaycanın Miyandoab şəhərində fəaliyyət göstərən Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi 7 aya yaxındır …