Bazar , Sentyabr 20 2026
azfa

Təbriz Prokurorluğundan Azərbaycan rəqsinin iffətə qarşı olmadığına dair qərar

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, özünün Azərbaycan rəqsini sosial şəbəkələrdə paylaşan Sana Cəfəriyə qarşı İntizam Qüvvlərinin şikayəti qəbul olunmayıb.

Təbriz Prokurorluğunun 2-ci İstintaq şöbəsinin müstəntiqi Əmin Baxşızadə Azərbaycan rəqsinin iffətə qarşı olmadığını, əksinə fərəh verici olduğunu deyərək bu barədə təqibin rədd edilməsi qərarı çıxarıb.

Baxşızadə Təbrizdə rejimin İntizam Qüvvlərinin şikayətinə əsasən iş açılaraq toplanmış sübutları tədqiq edərək şikayətin əsassız olduğunu bildirib.

Yekun qərarda deyilir: “Azərbaycan rəqsi iffətə qarşı bir hərəkət deyil, əksinə sosial cəmiyyətin qürurverici ənənələrindən biridir”. 

Qeyd edək ki, Təbriz şəhərindən olan xanım Sana Cəfəri və bir neçə digər rəqs müəlliminə qarşı irqçi farslar hücuma keçmiş və bundan sonra rejimin qüvvələri onların İnstaqram səhifəsini bağlamışdı. Sana Cəfərinin Təbriz şəhərində Şairlər Məqbərəsində rəqs edib Azərbaycanın mədəniyyəti və kimliyi ilə bağlı video paylaşımlarına görə İrançı qüvvələrin qəzəbinə tuş gəlib. Eyni zamanda barəsində məhkəməyə “iffətə qarşı hərəkət” ittihamı ilə şikayət təqdim olunmuşdur.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …