Şənbə , Mart 25 2023
azfa

Molla rejimi Təbrizdəki Azərbaycan konsulluğunu da hədəf alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması çağırışı edilib.

Azərbaycana qarşı iddiaları ilə tanınan molla rejiminin Azərbaycana qarşı yetişdirdiyi məmuru Bərhan Heşməti “Səhər tv”-də çıxışı zamanı Təbriz konsulluğunun bağlanmasına çağırıb.

“Əgər Tehranı təhlükəli hesab edir və səfirliyi boşaldırlarsa, onda Təbrizdəki konsulluğu da tez boşaltsınlar. Təbriz ondan da təhlükəli ola bilər”, – Heşməti deyib.

İranlı ekspert “Təbrizdəki konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatlarını bilirik” iddiası ilə Cənubi Azərbaycandakı soydaşlarımıza dəstək məsələsinə işarə edib.

Bu fikirlər Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna qarşı da təhlükəli addımların atıla biləcəyi riskini artırır. Tehranda Azərbaycan səfirliyinə terror aktından öncə hücumun edilməsi ilə bağlı çağırışlar səsləndirilmişdi. İndi hədəfdə Təbrizdəki Baş Konsulluq ola bilər.

Həmçinin yoxlayın

Azərbaycan Ordusu erməni təxribatına qarşı əməliyyat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi …

Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyası keçirildi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada …