Cümə , Yanvar 10 2025
azfa

Molla rejimi Təbriz adına təyin etdiyi deputatı Azərbaycan Prezidentinə qarşı danışdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbriz adına təyin etdiyi deputat Ruhullah Mütəfəkkir-Azad “X” hesabında Azərbaycan Prezidentinin son açıqlamalarına hədələyici tonda münasibət bildirərək yazıb:

 “Azərbaycanın dövlət nümayəndələri və mediası son iki ildə İran İslam Respublikasını və ölkəmizin ali rəsmilərini 200 dəfədən çox təhqir edib. Biz sərhədləri tanıdığımız üçün indiyə qədər böyüklük edərək hörməti saxlamışıq. Əgər cənab Əliyev adi bir şəxsin səhvinə görə hörməti saxlamasa, qətiyyətlə layiqli cavab verəcəyik!”

Həmin deputatın paylaşımına çox keçmədən sosial media istifadəçilərindən tutarlı cavablar gəlib.

“Göktürk Kartal” adlı istifadəçi yazıb: “Sən böyüklərin işinə burnunu salma, İlham Əliyevə yaman deməklə mükafat vermirlər”.

“Araz” adlı istifadəçi isə yazıb: “Biz cənab İlham Əliyevdən heç bir təhqir eşitmədik.. təhqir etmək sizlərin danışıq üslubunuzdur”.

“Araz”: “Təəssüflər olsun, heç bir tərəddüd edilmədən sənə verilən səslərə”.

“Alican” adlı istifadəçi isə qeyd edib: “Od olsanız, düşdüyünüz yeri yandırmarsınız!”.

Həmçinin yoxlayın

Hakan Fidan YPG-nin Fransa ordusunu Suriyanın şimal sərhədinə yerləşdirməklə bağlı çağırışına münasibət bildirib

GADTB: Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır. Bunu Türkiyənin xarici …

Təbrizdə icazınin olmasına baxmayaraq polis xanımların stadiona daxil olmasına mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz İdman İdarəsinin xanımların basketbol yarışlarında iştirakına icazə …