Şənbə , Noyabr 14 2026
azfa

Molla rejimi Təbrizdə yeni zindan tikir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yeni zindan tikir.

Güney Azərbaycanı zindanlara çevirən irqçi fars rejimi daha çox azərbaycanlı fəalı zindanlara doldurmaq məqsədilə Təbrizdə yeni zindan tikir. Həbsxananın tikintisi işləri sürətlə davam edir.

Şərqi Azərbaycan zindanlarının baş müdiri Həsən Məhəmmədyari bu barədə məlumat verərək deyib ki, yeni zindan Təbrizin şimal-qərb tərəfində yerləşən Bababağı adlı hissəsində tikilir.

Məhəmmədyarinin sözlərinə əsasən, həmin zindanın layihəsi 2012-ci ildə hazırlanıb. 14 min kv.m sahəni əhatə edəcək təcridxanada 5 min məhbusun saxlanılması nəzərdə tutulub.

Məhəmmədyari etiraf edib ki, məhbusların sayının çox olması səbəbi ilə Təbriz zindanında yer yoxdur.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …