Bazar ertəsi , Noyabr 16 2026
azfa

Kürd terrorçular Urmiyada azərbaycanlılarla toqquşub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürd terrorçular Güney Azərbaycanın Urmiya şəhərində bazara hücum ediblər.

Nəticədə azərbaycanlılarla terrorçu kürdlər arasında qarşıdurma baş verib.

Aprelin 13-də avtomobil saxlamaq üstündə iki nəfər arasında başlayan şəxsi münaqişə mühacir kürdlər tərəfindən kütləvi davaya çevrilib.

Terrorçu kürdlərin isti silahdan istifadə etdiyi və atəş açdığı bildirilir.

Azərbaycanlıların sərt cavabı ilə qarşılaşan terrorçu kürdlər 3 avtomobili hadisə yerində qoyaraq qaçmağa məcbur olublar.

Kütləvi qarşıdurmadan sonra Urmiya bazarı polis və xüsusi təyinatlı qüvvələr tərəfindən mühasirə edilib, foto və video çəkənlərin telefon və kameraları alınıb.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …