Şənbə , Aprel 20 2024
azfa

Molla rejimi törətdiyi ekoloji fəlakətin ifşa olunmamaq üçün azərbaycanlı jurnalistləri terror etdi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətin ifşa olunmaması üçün ətraf mühit sahəsində fəal olan iki jurnalisti terror etdi.

Azərbaycanlı vəkil və “Nəsr” Xəbər Agentliyinin hüquqi məsələlər üzrə müşaviri Sina Yusifi bu barədə öz Twitter səhifəsində yazıb:

“8 ay öncə “Nəsr”in müxbiri Aydın Təbrizinin avtomobilinin əyləcləri qırıldı. Dünən gecə isə Söhrabinin avtomobili yandırıldı. Bu iki müxbir Azərbaycanda ağacların kəsilməsi, Əndərian Qızıl Mədəni və “Kavə Soda” zavodunun ətraf mühiti çirkləndirməsi mövzusularını işıqlandırırdılar”.

Yusifi bu hadisələri araşdıracağını bildirib.

Qeyd edək ki, 30 milyon ton hüdudunda qızıl ehtiyatı olan Əndərian mədəni Şərqi Azərbaycanın Vərziğan məntəqsində yerləşir. Buradan qızıl istehsalı üçün qeyri-standart üsullardan istifadə edildiyi üçün ekoloji fəlakət baş verir. İran rəsmiləri isə bu ekoloji fəlakəti gizlədərək mədənin fəaliyyətinin davam etməsinə çalışırlar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu təhlükəli və zəhərli maddə isə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa hopur. Bunun nəticəsində qrunt suları çirklənir və ekoloji fəlakət baş veriri.

Mart ayında isə Əndərian Qızıl Mədəninin ətrafında çox sayda mal-qara zəhərlənmə nəticəsində tələf olmuşdu. Nəticədə hələlik mədənin fəaliyyəti dayanıb.

Həmin jurnalistlər bu məsələni işıqlandırmaqla yanaşı həmçinin Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının qanunsuz şəkildə kəsilməsini və s. ekoloji problemləri işıqlandırmışlar. Bu da rejimmi qəzəbləndirib və onlar azərbaycanlı jurnalistlərə qarşı terror törədiblər.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın