GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Traxtur və Tehranın Həvadar futbol komandalarının yarışı zamanı 3 azərbaycanlı fəal molla rejimin məmurları tərəfindən həbs edilib.
Azərbaycanlı fəallar Səməd Heydəri, Əmin və Əmir Tağızadə martın 13-ü keçirilmiş futbol yarışmasından sonra Səhənd Stadiumundan yaxalanıblar.
Onların həbs səbəbləri və hansı idarəyə aparıldıqları barədə hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, yarış zamanı on minlərlə azərbaycanlı tərəfdar “torpaqdan pay olmaz”, “Azərbaycan var olsun, istəməyən kor olsun” və s. şüarlar səsləndiriblər.