Molla rejimi türk adına görə daha azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə daha azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir.

İran Vətəndaş Vəiyyətlərinin Qeydiyyatı İdarəsi Buşehr əyalətinin Bəndər Deylam şəhərindən olan Əlihan adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

Molla rejimin Vətəndaş Vəiyyətlərinin Qeydiyyatı İdarəsi ailəni yeni doğulan uşaq üçün başqa ad seçməyə məcbur edib. Bu barədə azyaşlının anası “Balamın Adı” kampaniyasına danışıb.  

Körpənin valideyni deyib: “Vətəndaş Vəiyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları bildirdilər ki, bu ad ilə şəhadətnamə tapsanız, uşağa sənəd veriləcək. Biz də Əlihan adı ilə iki sənəd nüsxəsi tapdıq, ancaq rəsmilər bu adı qeydiyyatdan keçirməkdən yenə imtina etdilər”.  

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Azərbaycanlı fəallar Novruz görüşündə siyasi məhbuslardan aclıq aksiyasını dayandırmağı xahiş etdilər

GADTB: Bir qrup azərbaycanlı milli azərbaycanlı fəal və siyasi məhbus Əbdüləziz Əzimi Qədim və Araz …

GADTB-nin Yenigün-yaz bayramı münasibəti ilə təbrik mesajı

GADTB: Türk Dünyasının qədim zamanlardan təbiətin oyanması və yazın gəlişi ilə bağlı keçirdiyi Yenigün-yaz bayramı …