
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanda Türkiyəyə qarşı siyasi-ideoloji təbliğat mərkəzi və televiziya kanalı yaratmaq istəyir.
Molla rejimin Qərbi Azərbaycana təyin etdiyi kürd vali Məhəmməd Sadiq Mötəmediyan bununla bağlı təklif irəli sürərək açıqlama verib.
Mötəmediyan deyib: “Ölkəyə qarşı xaricdən 24 saatlıq separatçı fikirləri təbliğ edən yüzlərlə media orqanı və televiziya kanallarının fəaliyyət göstərdiyi bir vaxtda Qərbi Azərbaycanda xaricə yayım üçün Türkiyə türkcəsində televiziya kanalının açılması vacibdir”.
Türkiyə və Azərbaycan mətbuatında İranın Azərbaycan türklərinə qarşı müstəmləkə siyasətinin ifşası molla rejimi və onun təyin etdiyi kürd valinin bu təşəbbüsünə səbəb olduğu güman edilir.