GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Türkiyəyə qarşı yeni televizya kanalı açıb
Türkiyənin TRT televizyasının fars bölməsinin açılışından az müddət sonra İranın dövlət Televizya və Radio Şirkəti “PressTV”nin türkcə bölməsini yaradıb.
Məlumata görə, yeni kanal Türkiyə türkcəsində informasiya və verilişlər yayacaq.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayının 18-də Türkiyənin TRT kanalının 24 saat fəaliyyət göstərəcək fars bölməsi fəaliyyətə başlayıb.
“Press TV” İranın ingilis dilində siyasi-ideoloji təbliğat vasitəsidir. Mərkəzi ofisinin Tehranda yerləşdiyi televizya kanalının London, Beyrut, Kabil, Dəməşq və Bağdadda da ofisləri var.
Əsədin devrilməsindən sonra Dəməşqdəki ofis balanıb, London və Beyrutdakı ofislərinin də balanacağı gözlənilir.