
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi zəruri olan çox suya ehtiyacı olan məhsulları sırf Azərbaycanda əkdirməklə Urmiya gölünün qurudulmasına zəmin yaradıb.
Belə ki, cari məhsul ilində Qərbi Azərbaycan əyalətinin Urmiya bölgəsində 90 min ton şəkər çuğunduru yığılıb və bu ötən illə müqayisədə 25% çoxdur.
Urmiya Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Pərviz Əmcəd bununla bağlı bildirib ki, yığılan şəkər çuğundurlarının 60%-nın dövlət tərəfindən alınıb və qalan hissənin də alınması ilə bağlı işlər görülüb.
Məlumata görə, Pərviz Əmcədin məhsul yığını ilə bağlı bu açıqlaması əslində Urmu gölündə ekoloji problemin davam etməsi səbəblərindən daha birini gün üzünə çıxarmış olur. Şəkər çuğunduru çox su tələb edən məhsul olduğuna görə, bir sıra ölkələrdə bu məhsul payız fəslində əkilir. Qərbi Azərbaycanda isə bu proses yaz aylarında həyata keçirilir.
Qeyd edək ki, irqçi fars-molla rejimi bir tərəfdən Urmiyaya axan çayların qarşısında bənd tikərək suların gölə axmasına mane olur, digər tərfdən isə çox suya ehtiyacı olan məhsulların Azərbaycanda əkilməsinə icazə verməklə həmin toplanan suyu o məhsulların əkilməsinə sərf etdirir. Bu isə gölün qurumasına səbəb olur. Halbuki, molla rejimi bahalı olan və az suya ehtiyacı olan məhsulların əkilməsinə isə yalnız farsların yaşadığı bölgələrdə şərait yaradır.