Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Urmiya gölünü qurutmaqla Güney Azərbaycanı böyük fəlakətlə qarşı-qarşıya qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  Urmiya gölünü qurutmaqla Güney Azərbaycanı böyük fəlakətlə qarşı-qarşıya qoyub .

Urmiya gölünü qurudanlardan biri olan İsa Kələntəri “Urmiya gölü quruyarsa, Təbriz boşaldılmalıdır” demişdi.  İndi isə Qərbi Azərbaycanda Böhranın İdarəetmə Təşkilatının baş direktoru Əmir Abbas Cəfəri verdiyi müsahibədə Urmiya gölünün 95%-nin quruduğunu bildirib.

Təbii ki, bunu peykdən çəkilmiş görüntülərdən və bərpa planlarının tamamilə dayandırıldığı və gölün yatağına palçıq örtüuü səpilməsi də göstərir ki, molla rejimi  gölün fatihəsini verib.

Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin o zamankı direktoru Cavad Ağazadə demişdi ki, gölün quruması bir sıra xəstəliklərin artmasına səbəb olacaq.

Artıq göl ətrafə ərazilərdə insanları bir sıra ağır xəstəkilərdən əziyyət çəkdiyi və həyatını dəyişdiyi bildirilir.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …