Bazar , Noyabr 29 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı öyrənci zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal və öyrənci Məhəmməd Şübahəti 900 milyon tümənlik vəsiqə girov qoymaqla Tehrandakı Evin zindanından müvəqqəti azadlığa çıxıb.

Qeyd edək ki, milli fəal yanvarın 9-da ona verilən 5 il həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı, lakin vəkilinin tələbinə əsasən istintaq prosesi başa çatana qədər sərbəst buraxılıb.

Azərbaycanlı fəal bundan öncə həm də İran adlanan yerdə ümumi etirazlar zamanı da molla rejimin məmurları tərəfindən yaxalanmışdı. O, ikisemestr də Universitetdə təhsildən kənarlaşdırılmışdır.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …