Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Urmiya gölünün yatağından duz çıxarır – Video

GADTB: Urmiya gölünün yatağından, xüsusən də Şahi adası, Qarabağ, Əngə, Şıxvəli, Aqgünbəd və İslami adası kimi ərazilərdə fərq qoyulmadan və geniş şəkildə molla rejimi tərəfindən duz çıxarılması ciddi ekoloji böhrana çevrilib.

Duz çıxarmaq üçün ağır texnika və qoşquların geniş fəaliyyəti göl yatağının məhv edilməsi ilə yanaşı, suyun və torpağın çirklənməsinə və bu həssas ekosistem üçün kompensasiya olmaz nəticələrə səbəb olmuşdur.

Marağadakı Kaveh Soda zavoduna məxsus yüzlərlə qoşqu və bir neçə buldozer və yükləyici gecə-gündüz göl yatağından duz çıxarmaq və yükləməklə məşğuldur.

Bu fəaliyyətlər göl yatağında dərin yaralara səbəb olmaqla yanaşı, həm də geniş su və torpağın çirklənməsinə səbəb olub. Torpağın məhv edilməsi, ətraf ərazilərdə duzun yayılması, kənd təsərrüfatına və yerli ekosistemlərə mənfi təsirlər bu fəaliyyətlərin nəticələrindəndir.

Mütəxəssislərin fikrincə, bu narahatedici tendensiya Urmiya gölünün ekosisteminin tamamilə məhv olmasına və onun təbii bərpa qabiliyyətinin azalmasına səbəb ola bilər.

Video:

https://t.me/GADTB1/44143

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …