Çərşənbə , Oktyabr 14 2026
azfa

ABŞ Dövlət Departamenti İranın Avropa və Şimali Amerika üçün təhdidinə dair birgə bəyanat yayıb

GADTB: Birləşmiş Ştatlar və bir sıra ölkələr birgə bəyanat yayaraq, İran kəşfiyyat xidmətlərinin öz ərazilərində dövlət tərəfindən dəstəklənən təhdidlərinin sayının artmasını pisləyib.

“Biz İran məxfi xidmətlərinin Avropa və Şimali Amerikada insanları öldürmək, oğurlamaq və təqib etmək cəhdlərinə qarşı birləşirik. Bu, suverenliyimizin açıq şəkildə pozulmasıdır. Bu təşkilatlar jurnalistləri, dissidentləri, yəhudi əsilli vətəndaşları təqib etmək üçün getdikcə daha çox beynəlxalq cinayət təşkilatları ilə əməkdaşlıq edir. Biz Avropa və Şimali Amerikadakı hazırkı və keçmiş İran rəsmilərini ərazimizdə bu cür cinayətlərə dərhal son qoymağa çağırırıq”,- bəyanatda ABŞ, 🇬🇧 İngiltərə, 🇫🇷 Fransa və 🇩🇪 Almaniya da daxil olmaqla 14 ölkə adından deyilir./ Azad İran

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …