GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İnqilab Məhkəməsinin üçüncü şöbəsinin qərarı ilə azərbaycanlı fəallar “Əta Kərimi”, “Qulam Quluzadə”, “Sina Həsəni”, “Əli Əzizi” cəzalandırılıblar.
Molla rejimə bağlı hakimlər Nəcəfzadə və Bəzrpaş azərbaycanlı fəalların hər birinə qarşı qanunsuz qruplaşmanın üzvü olmaq ittihamı 2 il, ümumilikdə isə 8 il həbs cəzası veriblər.
Qeyd edək ki, bu fəallar 9 il öncə Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Urmiya gölünün qurumasına etirazlar zamanı terrorçu Sepah-ın kəşfiyyatının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş, bir müddət sonra isə girov müqabilində müvəqqəti azadlığa buraxılmışdılar.
Bu hökm daha əvvəl iki dəfə həbs-qətimkan tədbiri seçildiyi halda verilib və həmin vaxt prokuror müavininin Xodai etirazı ilə iş yenidən açılıb.
Fəallar öz müdafiələrində irəli sürülən ittihamları dəfələrlə rədd edərək, onları əsassız və dəlilsiz ittihamlar və Sepah-ın istəyi ilə həbs edildiklərini bildiriblər.