Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi Urmiyada kürd terrorçuların təxribatını ifşa edən media orqanlarna təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi özünü kürd terror təşkilatlarının nümayəndəsi kimi apararaq, Urmiyada kürd terrorçuların təxribatını ifşa edən media orqanlarna təzyiq göstərir.

Urmiyada kürdlərin təxribat xarakterli siyasi toplantısı ilə bağlı məlumat yaydığı üçün media orqanları ETTELAAT orqanları tərəfindən hədələnib.

İran hakimiyyətinin rəsmi icazəsi ilə Urmiyadakı mühacir kürdlər Novruz bəhanəsi ilə PKK terror qruplaşması və Kürdüstan bayraqları ilə siyasi mitinq keçiriblər. İran ETTELAAT Nazirliyi bu siyasi aksiyanın qarşısını almaq yerinə təxribatı ifşa etdiyinə görə, Urmiya mediasını və şəhər sakinlərini təhdid edib.

Urmiyada rejimin ETTELAAT İdarəsi Urmiyada sosial media istifadəçilərini və media qurumlarını “Novruz şənliyi” adı altında Urmiyada keçirilən kürdlərin siyasi toplantısı ilə bağlı heç bir xəbər dərc etməmək barədə hədələyib, onları susmağa və paylaşımlarını silməyə məcbur edib.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …