Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

BMT: “İranın xalqı sıxışdırmaq üçün edamdan istifadə etməsindən narahatıq”

GADTB: BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Cenevrədə keçirilən İnsan Haqları Şurasının 58-ci illik iclasında İranda edam cəzalarının sayının artması, etnik xalqlara qarşı ayrı-seçkilik, insan haqları ilə bağlı işlərin baxılmasında şəffaflığın olmaması, ölkədə etirazların və fərqli düşüncənin boğulmasının davam etdirilməsindən danışıb.

2024-cü ildə İranda ölüm hökmlərinin sayının artmasına toxunan May Sato ölkədə 900-dən çox məhbusun asıldığını vurğulayıb. O, bildirib ki, BMT İslam Respublikasının ölüm hökmündən İranda mümkün qədər çox insanı sıxışdırmaq üçün bir vasitə kimi istifadə etməsindən narahatdır.

BMT məruzəçisi qeyd edib ki, etnik xalqlara qarşı əsassız həbslər, ədalətsiz məhkəmələr, eləcə də ölüm hökmü ilə bağlı xəbərlər gəlməkdə davam edir. / Azad İran

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …