Molla rejimi xaricdə yaşayan İran vətəndaşlarına qarşı iyrənc plan həyata keçirməyə başlayır

GADTB: İrqçi fars-molla rejimi xaricdə yaşayan İran vətəndaşlarına qarşı iyrənc plan həyata keçirməyə başlayır. Bu istiqamətdə iki gün əvvəl Məsud Pezeşkian hökuməti “Xaricdə yaşayan iranlılara dəstək” adlı qanun layihəsini qəbul edib.

Qanun layihəsinə görə, hökumət altı ay ərzində xaricdə yaşayan bütün iranlıların hərtərəfli məlumat bazasını hazırlamalı və hər il parlamentin Milli Təhlükəsizlik Komissiyasına onların statusu haqqında hesabat təqdim etməlidir.

Xaricdə yaşayan iranlıların ölkəyə gəl-getlərinin təşkili və onların cəlb edilməsi, radikal siyasi cərəyana mənsub keçmiş Prezident Mahmud Əhmədinəjad dövründə də baş verib.

Həmin dövr xarici ölkələrdə “siyasi mühacir” statusu ilə yaşayan yüzlərlə şəxs İrana qayıdıb, onlardan bir qismi ələ alınıb, hökumətin xaricdəi təbliğatçılarına çevrilib.

Bunun indi yenidən gündəmə gətirilməsi Tehran rejiminin planlaşdırdığı təbliğat, təhlükəsizlik və iqtisadi məqsədlərin birləşməsidir.

Ölkə resurslarının əhəmiyyətli hissəsini bölgədəki proksi qüvvələrə xərcləyən hakimiyyət indi genişlənən yoxsulluq, şsizlik, artan inflyasiya və dərinləşən enerji, siyasi və ictimai böhran qarşısında aciz qalıb.

Mövcud sistemi ağır vəziyyətdən çıxmağa çalışan Pezeşkian hökuməti bu istiqamətdə xaricdəki iş adamları, siyasi müxaliflər və məşhurların da xidmətlərindən istifadə etməyə çalşır.

Tehran rejimi bu vasitə ilə həm də müxalif qruplar arasında inamsızlıq yaradaraq, onların vahid hədəf uğrunda fəaliyyətlərini zəiflətməyə çalışır.

Məsələnin əsas dqqət çəkici tərəflərindən biri Məsud Pezeşkianın xaricdə yaşayan iranlılarla bağlı zidiyyətli bəyanatlarıdır.

O, bir müddət əvvəl xaricdə yaşayanların ölkəyə qayıtmaları üçün şərayit yaradılmasını, onların qorxmamasını təklif edib.

Bundan sonra iyulun 31-də Zəncanda keçirdiyi görüşdə isə xaricdə yaşayan müxalifləri “satqın” və “ləyaqətsiz” adlandırıb, onları İran-İsrail qarşıdurması ilə bağlı xəbərləri təhrif etməkdə günahlandırıb.

Bu isə mühacirlərin İrana qayıtdiqları təqdirdə həyatlarının təhlükədə olacağı, onlara qarşı cinayət işlərinin açılacağı barədə ehtimalları gücləndirir.

Həmçinin yoxlayın

Zəngəzur dəhlizi ilə bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq

GADTB: Zəngəzur dəhlizi üzərindən bütün enerji və logistik resurslar Türkiyəyə çatdırılacaq Yaxın zamanda Zəngəzur dəhlizi …

Vaxtilə Türk əsgərinə xiyanət edən Fələstin, bu gün də Türkiyəyə xiyanət edir

GADTB: Türkiyə prezident Ərdoğanın Türk Dünyası mənafeyini Fələstinə qurban verməsinə baxmayaraq, vaxtilə Türk əsgərinə xiyanət …