Bazar , Oktyabr 18 2026
azfa

Avstraliya-Azərbaycan icması və cənab Fuad Muradovun Avstraliya görüşləri barədə qısa açıqlama

GADTB: Avstraliyada səfərdə olan Azərbaycan Diyaspora Komitəsinin sədri cenab Fuad Muradov Azərbaycan icması və Avstraliya-Azərbaycan Assosiyasının Prezidenti Mikayil bəy Oytanın təşəbbüsü ilə oktyabrın 16-da Sidney şəhərinin bələdiyyə başqanı xanım Paula Masselosla görüş keçirib. Oktyabrın 17-də NSW əyalətinin parlamentində millət vəkilləri Pual Lynch və Linda Voltz görüş təşkil olunub. Həmçinin oktyabrın 17-də Türkiyə baş konsulu sayın Ali Sevim ve Türkiyə Ticarət Odası başqanı ve ATA görəvlisi Barış bəy və Musiad Presidenti Sayin Hasan Gənctürk, Muarif məktəbin müdüri ve digər Türk dərnəkləri başganları da bu görüşdə iştirak etmişdiler.

18 Oktyabrda isə Kanberada Avstraliya Federal dövlətinin Ətraf-Mühit və Enerji naziri sayın Chris Bowen ilə Parlamentdə daha bir görüş oldu. Həmçinin, Azərbaycan Diyaspora Komitesinin sədri cənab Fuad Muradov və Azərbaycan nümayəndə heyəti Türkiyə böyük elçiliyində sayın elçi Korhan Karakoç ilə görüş keçirildi. Azərbaycan nümayəndə heyəti və Azərbaycan icmasının son ziyarəti Avstraliya Savaş məbədinə oldu.

Bütün bu görüşlər Avstralia-Azərbaycan Assosiyasının prezidenti Mikayil bəy Oytanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilmişdir. Bütün keçirilən görüşlərdə  Avstraliya və Azərbaycan dostluğu ve əməkdaşlığı sahəsində müsbət müzakirələr aparılmışdır.

Görüşdən şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …