Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Molla rejimi yenidən azərbaycanlı milli fəal Əlirza Fərşiyəağır həbs cəzası verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yenidən azərbaycanlı milli fəal Əlirza Fərşiyəağır həbs cəzası verib.

Tehran İnqilab Məhkəməsi azərbaycanlı milli fəal Əlirza Fərşini 8 ay müddətinə həbsə məhkum edib.

Məhəmmədtağı Nağızadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında milli fəal “dövlət quruluşuna qarşı təbliğat aparmaq”da günahlandırılıb.

Əlirza Fərşi İnstagram səhifəsində bundan öncə yazmışdı:

“Bir ildən artıqdır ki, mən Marənd şəhərində yaşadığımı bildirirəm və Cinayət Prosessual Qanunu nəzərə alaraq, əgər mənə qarşı ittiham varsa belə, Baharistan şəhərində və mənim heç bir əlaqəm olmayan bu ərazidə bu ittihama baxmaq hüququnuz yoxdur. 2019-cu ildən bəri oraya heç bir səlahiyyətli şəkildə getmədim, amma hələ də 700 km-dən çox məsafədə olan bir şəhərdə mühakimə ediləcəyəm.”

Qeyd edək ki, Əlirza Fərşi 19 fevral 2023-cü il tarixində, 4 il həbs cəzasının 3 il 3 ayını çəkdikdən sonra Evin həbsxanasından azad edilib.

Həmçinin azərbaycanlı fəal 13 iyun 2024-cü il tarixində, 2 illik sürgün hökmü ilə bağlı yazmış və bildirib ki, bu hökmə tabe olmamış, Xuzistanın Bağməlik şəhərinə qayıtmayacaq. Azərbaycanlı fəal universitet müəllimi olub və mədəni fəaliyyətlərinə görə universitetdən xaric edilib.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …