Çərşənbə , Oktyabr 14 2026
azfa

ABŞ İranın nüvə proqramını məhv edəcəyini düşünür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son zamanlar ABŞ rəsmiləri İranın nüvə proqramını məhv edəcəkləri barədə bəyanat səsləndirirlər.

ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Behler “Fox News”a müsahibəsində deyib ki, İranın nüvə proqramını məhv etməkdə İsrailə kömək etmək Amerika üçün çətin olmayacaq.

Behlerin müsahibəsindən bir neçə saat öncə ABŞ Konqresinin Respublikaçı senatoru Lindzi Qraham İranın uranı zənginlədirməsi fəaliyyətlərini tamamilə dayandırmağa və yüksək zənginləşdirilmiş uranın bu ölkədən çıxarılmasına çağırıb.

O, sözügedən telekanala müsahibəsində deyib ki, “dünyada ən çox sabitliyi pozan hadisə İranın nüvə silahı əldə etməsi olacaq”.

Eyni zamanda ABŞ  dövlət katibi Marko Rubio deyib ki, “İranın aşkarda və gizlində dedikləri üst-üstə düşmür. Biz heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …