Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin radikal qanadı azərbaycana qarşı saxta ittihamlar irəli sürür-Video

GADTB: İranda radikal mövqeyli qüvvələr azərbaycana qarşı saxta ittihamlar irəli sürməkdə davam edirlər.

Molla rejimin radikal mövqeyi ilə tanınan “Paydari Cəbhəsi”nin üzvləri Azərbaycana qarşı ittihamlarını davam etdirirlər. Tehrandan millət vəkili Kamran Qəzənfəri İran parlamentindəki çıxışında Azərbaycanq qarşı saxta ittihamlar irəli sürüb və sərt şəkildə tənqid edib.

Deputat Azərbaycanın guya İsraillə hərbi əməkdaşlıq etdiyini və İranın sabiq prezidenti İbrahim Rəisinin ölümündə rol oynadığını iddia edib. O, Azərbaycanın məqsədinin İslam Respublikasını devirmək olduğunu və bu istiqamətdə İsraillə işbirliyi apardığını bildirib.

Qəzənfəri həmçinin İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini və İlham Əliyevlə yaxın münasibətlərini də tənqid edib: “Məgər bilmir ki, o, İslam Respublikasını devirmək istəyir?!”

Qeyd edək ki, Qəzənfərinin bu fikirləri millət vəkili Əbülfəzl Zöhrəvəndin daha əvvəl səsləndirdiyi ittihamlarla uyğun gəlir və İran daxilində Azərbaycana qarşı sistemli kampaniyanın davam etdiyini göstərir.

Video:

https://t.me/GADTB1/43829

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …