Molla rejimin Azərşəhrdəki Vətəndaşlıq Qeydiyyatı İdarəsi Anlar adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Azərşəhrdəki Vətəndaşlıq Qeydiyyatı İdarəsi Anlar adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi verməkdən imtina edir.

Tehranın razılığına baxmayaraq, Tufarqanda (Azərşəhr) rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi “Anlar” adına doğum haqqında şəhadətnamə vermir.

33 gün davam edən süründürməçilikdən sonra valideynlər öz uşaqlarına sadəcə tanışlıq hesabına bu adla doğum haqqında şəhadətnamə ala biliblər.

Azərbaycanlı körpənin atası Hadi Hadifər Balamın Adı kampaniyasına bu barədə deyib: “Qızımız 2025-cü il iyulun 19-da dünyaya gəlib və biz ona türkcə “anlayan və xəbərdar olan insan” mənasını verən “Anlar” adını seçdik, Tufarqan vətəndaş qeydiyyatı rəsmiləri bildiriblər ki, bu ad “Ad Sistemi”ndə olmadığı üçün onu seçə bilmərik. Bu adın türkcədə yaxşı mənaları olduğunu, nə təhqiredici, nə də İslam dəyərlərinə zidd olmadığını söyləsək də onlar bizə fikir vermədilər. Bu də məhkəməyə şikayət etdik. Elektrik enerjisinin kəsilməsi və ofislərin bağlanması səbəbindən məhkəmənin vaxtı təyin edilmədi, lakin sonradan bizə elektron sistem vasitəsilə “ad seçiminiz təsdiqləndi” və onu qeydiyyatdan keçirmək üçün ən yaxın Vətəndaşlıq Qeydiyyatı Şöbəsinə müraciət edə biləcəyimiz barədə mesajı aldıq. Bununla belə, Tufarqandakı Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları bizə dedilər ki, körpənin doğulmasından 15 gündən çox vaxt keçdiyi üçün doğum haqqında şəhadətnamənin verilməsi yalnız məhkəmə qərarı ilə mümkündür. Ancaq biz sonradan, bir tanış vasitəsilə Anlar adına oğum haqqında şəhadətnamə ala bildik.”

Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …