Bazar ertəsi , Noyabr 23 2026
azfa

Molla rejimi müharibəyə hazırlaşır; hərbi təlimlər keçirib

GADTB: İrqçi fars-molla rejimi geniş hərbi təlimlər keçirib.

“Dayanıqlı Qüvvət 1404” adlı iki günlük raket təlimində hərbi gəmilər Oman dənizi və Hind okeanındakı hədəflərə raket zərbələri endiriblər.

İran Dövlət Televiziyasının reportajında deyilir ki, “IRIS Sabalan” freqatı və “IRIS Gənaveh” adlı daha kiçik gəmi dənizdəki hədəflərə “Nəsir” və “Qədir” qanadlı raketləri atıb.

Təlim çərçivəsində sahil bölmələri də atəş açıb.

Qeyd edək ki, qərargahı Bəndər Abbasda yerləşən İran Hərbi Dəniz Qüvvələri Oman dənizi, Hind okeanı və Xəzər dənizində patrul xidmətinə cavabdehdir.

Fars körfəzi və Hörmüz boğazı əsasən SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …