Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin ETTELAAT İdarəsi azərbaycanlı qardaşları Təbrizdə ağır işgəncələrə məruz qoyub

GADTB: İrqçi fars-molla rejimin ETTELAAT İdarəsi azərbaycanlı qardaşları Təbrizdə ağır işgəncələrə məruz qoyub.

Səid və Vəhid Həsənzadə qardaşları ailələri ilə əlaqə saxlayıb, ETTELAAT İdarəsində dindirilərkən vəhşicəsinə döyülmə və işgəncələrə məruz qaldığını bildiriblər.

Azərbaycanlı fəallar bildiriblər ki, İran rejimi milli oyanış dalğasının genişlənməsi və Güney Azərbaycanın Türkiyə və Azərbaycan Respublikası ilə yaxınlaşmasından narahatdır.

Bununla əlaqədar olaraq, molla rejimin ETTELAAT qüvvələri Güney Azərbaycanın şəhərlərində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təsviri olan plakatları çap edən, paylayan və yerləşdirən şəxslərin müəyyən edilərək həbs edilməsinə çalışır.

 Bundan başqa, hətta bu plakatların yerləşdirildiyi yerlərdə olan şəxslər də ETTELAAT İdarəsinə çağırılıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …