Cümə , Oktyabr 16 2026
azfa

Türkiyə BMT Təhlükəsizlik Şurasının Şimali Kiprlə bağlı qərarına etiraz etdi

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Kiprdəki sülhməramlı fəaliyyətinin uzadılmasına etiraz edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qərar qəbul edilərkən bu dəfə də Şimali Kiprin razılığı alınmayıb:

“Digər tərəfdən, BMT TŞ-nin istifadə müddəti bitmiş və gündəmdən düşmüş həll modellərinə istinad məsələsində israr etməsi bizi təəssüfləndirir”.

Bildirilib ki, rəsmi Ankara Şimali Kiprin atdığı bütün addımları dəstəkləyəcək.

“Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həlli yalnız yerdəki faktlar əsasında tapıla bilər. Biz BMT TŞ-i bu reallığı qəbul etməyə və Şimali Kipr xalqının suveren hüquqlarını təsdiqləməyə çağırırıq”, – bəyanatda qeyd olunub.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …