
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsi Güney Azərbaycanda milli maarifləndirmə işi görən “Yaylıq” nəşriyyatını hədələyib.
Ərdəbildə rejimin ETTELAAT İdarəsi fəaliyyətini davam etdirəcəyi halda “Yaylıq” nəşriyyatının qapılarını möhürləyəcəyi ilə hədələyib.
Yaylıq Nəşriyyatı, öz növbəsində, İnstaqram səhifəsində kitabın nəşriyyat lisenziyasının fotosunu yerləşdirərək yazıb: “Yetər, Yaylıq Nəşriyyat 2019-cu ildən fəaliyyət göstərir. Cəmi 27 gündür, daimi ofis yaratmışıq və artıq bir neçə dəfə xəbərdarlıq almışıq”.
14 ilə yaxındır ki, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və əlyazmalarına aid türkcə kitabların çapı və nəşri ilə məşğul olan “Yaylıq” nəşriyyatı Ərdəbildə molla rejimin ETTELAAT Baş İdarəsi tərəfindən fəaliyyətini davam etdirəcəyi təqdirdə fəaliyyətinin dayandırılacağı ilə hədələnib.