Molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəalların həbsindən bir il ötür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu günirqçi fars-molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəalların həbsindən bir il ötür.

Rejimin ETTELAAT orqanları tərəfindən qanunsuz tutulan və Evin zindanının müxtəlif palatalarında həbsdə saxlanılan Azərbaycan Milli Hərəkatının fəallarının həbsindən bir il ötür.

Bir ildir Evin Həbsxanasında həbsdə saxlanılan Azərbaycan Milli Hərəkatının səkkiz fəalı, Hüseyn Piri, Əbdüləziz Əzimi Qədim, Araz Aman, Bağır Hacızadə, Ayaz Seyfxah, Murtəza Pərvin, Tahir Nəqəvi və Kərəm Mərdanə Məstəlibəyli İslam İnqilabı Məhkəməsinin 15-ci Şöbəsində hakim Əbülgəsim Salavatinin sədrliyi ilə keçirilən birinci instansiya məhkəməsində “İran İslam Respublikasına qarşı təbliğat aparmaq, toplaşmaq və onlarla əlbir olmaq və ölkənin təhlükəsizliyini pozmaq və daxili işlərə müdaxilə etmək” ittihamı ilə ümumilikdə 95 il həbs cəzası alıblar.

Azərbaycanlı fəallara molla rejimi aşağıda göstərildyi kimi həbs cəzası verib:

Araz əman: 13 il həbs

Bağır Hacızadə: 13 il həbs

Ayaz Seyfxah: 13 il həbs

Taher Nəqəvi: 6 il həbs

Murteza Pərvin Jade: 6 il həbs

Əbdüləziz Əzimi Qədim: 6 il həbs

Hüseyn Piri: 5 il həbs

Kamal Nuri: 3 il həbs

Salar Taher əfşar: 5 il həbs

Vədud Əsədi: 4 il həbs

Səid Minai: 5 il həbs

Süleyman Məhəmmədi: 3 il həbs

Həsən İbrahimi Şiran: 3 il həbs

Kərəm Mərdanə Məstəli Bəglu: 5 il həbs

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …