Cümə , Sentyabr 18 2026
azfa

Türk ordusunun hərbi əməliyyatı da daxil Türkiyə-Suriya arasında mühüm razılaşma

GADTB: Prezident Rəcəb Tayyib Ərdoğanla Suriyanın keçid hökumətinin prezidenti Əhməd əş-Şara arasında Ankarada baş tutan görüşdə region üçün həyati əhəmiyyətli məsələlər müzakirə edilib. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilib ki, müdafiədən infrastruktura, nəqliyyatdan enerjiyə qədər bir çox sahələrdə strateji tərəfdaşlıq haqqında qərar qəbul edilib.

Nəşrə daxil olan məlumata görə, aşağıdakı mühüm addımlar atılacaq:

1. Suriyanın hər bir vilayətinin yenidən qurulması ilə bağlı geniş hesabat hazırlanacaq;

2. Dəniz nəqliyyatı, limanların yenidən qurulması və istismarı, kontinental şelf üzrə də razılaşmalar əldə olunub;

3. Hərbi və mülki şəxsi heyətin hazırlığı PKK-nın işğal zonası, Xüms və Aralıq dənizi istiqamətində, Latakiya-Tartusda Türkiyə bazalarının yaradılması ilə paralel olaraq həyata keçiriləcək;

4. Mobil rabitə infrastrukturu Türkiyə şirkətləri və dövlət qurumları tərəfindən dəstəklənəcək;

5. Türkiyədən Dəməşqə gedən dəmir yolu bərpa olunacaq;

6. Hatay-Mersin-Latakiya-Tartus dəniz limanı dəhlizi xüsusi statusla işə salınacaq;

7. İŞİD-ə qarşı əməliyyat çox yaxında başlaya bilər. Bu çərçivədə Suriya hava məkanı rəsmi olaraq Türkiyə hərbi təyyarələri və PUA-larına açılacaq.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …