Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal aclıq aksiyasına başlayır

Son 3 ayı həbsdə və təkadamlıq kamerada keçirən Güney Azərbaycan Milli Hərəkatının fəalı Cavad Sudbər dekabrın 9-dan bəri qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyasına başlayır.

Bu haqda onun xanımı məlumat verib.

Azərbaycanlı milli fəalın həyat yoldaşı İlham Həbibi şəxsi İnstaqram səhifəsində həyat yoldaşı ilə eyni vaxtda aclıq aksiyasına başlayacağını açıqlayıb.

Qeyd edək ki, irqçi fars-molla rejimi son aylarda çox sayda azərbaycanlı milli fəalı həbs edib və onlardan bəziləri hələ də qeyri-müəyyən vəziyyətdə həbsdsə saxlanılır.

Həmçinin yoxlayın

Molla rejimi özünü təhlükədə görüb geri addım atdı; SEPAH komandanı İrana bağlı yaraqlılardan ABŞ-a qarşı təxribat etməmələrini istəyib

GADTB: “Əş-Şərq Əl-Əvsət” qəzeti xəbər verir ki,  SEPAH-ın Qüds qanasının komandanı İsmayıl Qaani İraqa son …

Urmiyadan qayıdarkən azərbaycanlı cütlük həbs edilib

K GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Təbriz yolunda azərbaycanlı fəallar Ulduz Qasimi …