Cümə , Aprel 10 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbusların vəziyyəti barədə məlumat verilmir

GADTB: ABŞ və İsrail koalisiyasının İrana hücumları və ölkədə internetlə telefon xətlərinin geniş şəkildə kəsilməsi fonunda, İran həbsxanalarında saxlanılan azərbaycanlı siyasi məhbusların vəziyyəti qeyri-müəyyən olaraq qalır.

Yayılan məlumatlara görə, məhbusların ailələri son günlərdə yaxınlarının vəziyyəti barədə heç bir əlaqə və ya xəbər ala bilməyiblər. Bu isə onların təhlükəsizliyi və saxlanma şəraiti ilə bağlı narahatlıqları daha da artırıb.

Eyni zamanda Evin həbsxanasında saxlanılan bir sıra azərbaycanlı siyasi məhbusların ailələri onların vəziyyətini öyrənmək üçün məhkəmə və həbsxana qurumlarına müraciət ediblər. Lakin həbsxana rəsmiləri “növbəti bildirişədək” məhbuslarla görüş və ya əlaqənin mümkün olmadığını bildiriblər.

Digər tərəfdən, Təbrizdə də son aylarda saxlanılan və daha sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülən bir neçə azərbaycanlı fəal barədə məlumat yoxdur. Bildirilir ki, Yürüş Mehrəlibəyli, Əli Babayi, Əhəd Fərhəmənd Yamçı, Yunis Mərami, Əbülfəzl Rəncbəri və bir neçə digər saxlanılan şəxsin vəziyyəti haqqında indiyədək heç bir rəsmi məlumat açıqlanmayıb.

Ailələr bildirirlər ki, Təbriz və Tehranda davam edən güclü bombardmanlar fonunda siyasi məhbusların həyatı təhlükə altındadır. Onların sözlərinə görə, həbsxanaların hədəfə alınması halında məhbusların zərər görməsi ehtimalı çox yüksəkdir.

Məhbusların ailələri qeyd edirlər ki, məhkəmə və təhlükəsizlik qurumlarına edilən müraciətlər indiyədək nəticə verməyib. Onlar mövcud böhran şəraitində İran hakimiyyətindən siyasi məhbusların azad edilməsini və onların həyatının təhlükəyə atılmamasını tələb edirlər.

Həmçinin yoxlayın

Molla rejimi Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

GADTB: İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi TASS-a deyib ki? Hörmüz boğazından …

Türkiyənin “Çağrı Bəy” gəmisi Somalidə qazma işlərinə başlayacaq

GADTB: Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Çağrı Bəy” qazma gəmisinin Somaliyə çatdığını …