Çərşənbə , Fevral 21 2024
azfa

Molla rejimin həbs etdiyi öyrənci aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbriz zindanında həbsdə saxladığı azərbaycanlı öyrənci fəal Armita Pavir 17 gündür ki, aclıq aksiyası keçirir.

Azərbaycanlı xanım Armita Pavir dünən ailəsi ilə telefon əlaqəsi saxlayarkən bu barədə məlumat verib.

Armita Pavir ailəsinə deyib:

“Bütün bu hadisələrdən sonra əgər mən bunlara boyun əysəm, vicdanımı təhqir etmiş olaram. Ölüm bahasına da olsa, uğursuzluğa düçar olmayacağam! Özünüzü hər şeyə hazırlayın. Nə müalicə mərkəzinə, nə də xəstəxanaya getməyəcəyəm!”

Qeyd edək ki, psixoloji işgəncələr və ağır məhdudiyyətlər altında həbsdə olan Armita Pavir daha öncə göyərtəsində 176 sərnişin olan Ukrayna sərnişin təyyarəsinin 2020-ci il yanvarın 3-də Tehran səmasında Sepah tərəfindən raketlə vurulmasına etiraz etdiyinə görə bir il müddətinə təhsildən məhrum edilmişdi.

Həmçinin yoxlayın

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün fevralın 21-i bütün dünyada Beynəlxalq Ana …

Molla rejimin həbs etdiyi daha bir azərbaycanlı fəalın kimliyi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həbs dalğasında irqçi fars-molla rejimin həbs etdiyi …