Bazar ertəsi , Yanvar 13 2025
azfa

Molla rejimin həbsə məhkum etdiyi azərbaycanlı fəalların işi Apellyasiya Məhkəməsinə göndərilib

GADTB: Almaniyada olan aərbaycanlı vəkil Sina Yusifi özünün X səhifəsində Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində mühakimə olunub, uzunmüddətli həbs cəzasına məhkum edilmiş bir qrup azərbaycanlı siyasi fəalın işinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərildiyini bildirib.

Sina Yusifi öz sosial media hesabında yazıb: “Bu fəallardan bəziləri bir ilə yaxındır ki, müvəqqəti həbsdədir. İnqilab Məhkəməsinin 15-ci şöbəsi birtərəfli qaydada və çoxsaylı etirazlara baxmayaraq, fəallardan 15-nə ümumilikdə 95 il həbs cəzası verib. Bu siyasi fəallara qarşı ittihamlar arasında sistemə və cəmiyyətə qarşı təbliğat, cinayət törətmək üçün əlbir olmaq kimi ittihamlar var və müttəhimlərdən bəziləri vəkil tutmaq və seçmək hüququndan məhrum edilib.”

Sina Yusifi azərbaycanlı fəalların adlarını və aldıqları həbs cəzalarını da açıqlayıb:

Hüseyn Piri: 5 il həbs,

Əbdüləziz Əzimi Qədim: 6 il həbs

Araz Aman: 13 il həbs

Bağır Hacızadə: 13 il həbs

Ayaz Seyfxah: 13 il həbs

Kəmal Nuri: 3 il həbs

Taher Nəqəvi: 6 il həbs

Salar Tahir əfşar: 5 il həbs

Vədud Əsədi: 4 il həbs

Murtəza Pərvin: 6 il həbs

Səid Minai: 5 il

Süleyman Məhəmmədi: 3 il

Fatimə Ataşi Xiyavi: 5 il həbs

Həsən İbrahimi Şiran: 3 il həbs

Kərəm mərdni Məstəli Bəyli: 5 il həbs

Həmçinin yoxlayın

Molla rejimi Avropa ölkələri ilə qapalı danışıqlar aparır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Avropa ölkələri ilə qapalı danışıqlar …

Azərbaycan Qafqazın ən güclü ölkəsidir

GADTB: Dünya ölkələrinin hərbi gücünü əks etdirən “Global Firepower” reytinqi yenilənib. Reytinqdə hərbi hissələrin sayından …